“Əsas odur ki, insanın daxilində, ailəsində o istilik olsun...”
Tarix: 6-11-2019, 08:47




“Havaların belə soyuq keçməsi doğum günümü keçirməyimə mane ola bilməz, əsas odur insanın daxilində, ailəsində o istilik olsun”

Bunu Moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən Xalq artisti Mələkxanım Əyyubova deyib. Xalq artisti doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:

“Doğum günümü evdə ailə üzvlərimlə birlikdə qeyd edirəm. Məni ilk təbrik edən də elə onlar oldu. Hamı zəng vurub təbrik edir, məni sayıb, seçən insanlara öz təşəkkürümü bildirirəm. Qaldı ki, havaların belə soyuq keçməsi doğum günümü keçirməyimə mane ola bilməz, əsas odur insanın daxilində, ailəsində o istilik olsun. Əgər bu varsa, heç bir qar-çovğun buna mane ola bilməz. Bu günümdə xalqımıza əmin-amanlıq, sülh arzu edirəm. On ildən çoxdur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisasi üzrə dosent vəzifəsində çalışıram. Bundan sonra da nə qədər canım sağdı, dövlətimə və xalqıma xidmət edəcəm. Hamınıza diqqətiniz üçün təşəkkür edirəm”.  


Paylaş: