"Bəzi çaqqal-çuqqallar pusuda gözləyirlər ki, Elza nə edirsə, yazsınlar"
Tarix: 25-09-2017, 11:50


Xəbər verdiyimiz kimi, əməkdar artist Elza Seyidcahanın ARB-də yayımlanan "Xalqın şairi" verilişinin münsifliyindən getdiyinə dair xəbərlər yayılıb.

BiG.AZ-a açıqlama verən müğənni xəbəri təkzib edib. O bildirib ki, verilişdən getdiyinə dair gəzən şayiələr yalandır:

"Bəzi çaqqal-çuqqallar pusuda gözləyirlər ki, Elza nə edirsə, yazsınlar. Sayəmdə nəsə yazırlar. Başqa məşhurların da tez-tez belə xəbərləri yayılır. Amma yalnız Elzadan yazırlar.

Verilişdən nə çıxmamışam, nə də uzaqlaşdırılmamışam. Sadəcə seçim turları bitib. Səhhətimdə problemlər yarandığı üçün verilişə gedib gələ bilmədim. Lahiyə rəhbəri Mübariz müəllim də dedi ki, "Elza xanım, siz bu verilişdə axıra kimi olacaqsınız".

Paylaş: