"Məndən başqa işdən çıxarılan bütün əməkdaşlar da vəzifəsinə qaytarıldı"
Tarix: 25-09-2017, 11:42


Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi əməkdar artist Cabir Abdullayevi vəzifəsinə qaytarıb.
Bu barədə AzNews.az-a açıqlamasında sənətkarın özü deyib. Cabir Abdullayev bildirib ki, təhsil müəssisəsində hər şey əvvəlki kimidir:
“Məndən başqa işdən çıxarılan bütün əməkdaşlar da vəzifəsinə qaytarıldı. Siyavuş Kərimli bildirib ki, “sadəcə anlaşılmazlıq idi, o da aradan götürülüb”.
Cabir Abdullayev qeyd edib ki, onlar Milli Konservatoriyaya medianın gücü sayəsində qaytarılıb: “Sağ olsun media, sona kimi arxamızda oldu. Mən anladım ki, media sənətkarı müdafiə edəndir. Mən bütün həmkarlarıma səslənirəm, media ilə birlikdə olun, onun gücünə inanın”.
Qeyd edək ki, bir müddət bundan əvvəl xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi əməkdar artist Cabir Abdullayevi vəzifəsindən uzaqlaşdırmışdı. Siyavuş Kərimi bunun səbəbini ölkədə vəziyyətin ağır olması ilə əlaqələndirmişdi.

Paylaş: