İlk dəfə əl-ələ görüntüləndilər
Tarix: 5-11-2019, 11:20




Türkiyənin pop ulduzu Sıla Gencoğlu və aşbaz sevgilisi Hazer Amani ilk dəfə əl-ələ görüntülənib.
“Qafqazinfo” xəbər verir ki, onlar Türkiyə Təhsil Dərnəyinin təşkil etdiyi tədbirdə bir araya gəliblər. Ankarada baş tutan gecəyə qatılan cütlük media və qonaqların diqqətini cəlb edib.
H. Amani KİV nümayəndələrinin suallarına cavab verərkən 1994-cü ildə sözügedən tədbirin keçirildiyi kollecdən məzun olduğunu bildirib. Sıla da sevgilisini bu tədbirdə tək buraxmaq istəmədiyini qeyd edib.
Cütlük yanvarda evlənəcəkləri barədə yayılan xəbərlərə isə münasibət bildirməyib.





Paylaş: