Maykl Ceksona ondan daha çox oxşayan şəxs - DNT analizi tələb olunur
Tarix: 5-11-2019, 10:59




Pop musiqisinin kralı Maykl Ceksonun yaşadığı barədə iddialar ortaya çıxıb.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, amerikalı mərhum müğənninin təqlidçisi kimi tanınan, ispaniyalı musiqiçi Sercio Kortesin son paylaşımı hər kəsi şoka salıb. 
Belə ki, Sercio sosial şəbəkədə Tailandda verəcəyi konsert barədə   videogörüntü paylaşıb. Videonu görənlər şoka düşərək Maykl Ceksonun yaşadığına inanıb. İzləyicilər pop kralının ölmədiyini, Sercio Kortes adı ilə yaşadığını iddia edib. Minlərlə izləyici Sercio Kortesdən DNT analizi verməsini tələb edib.
Qeyd edək ki, M. Cekson 2009-cu ildə Los-Ancelesdəki evində ölü tapılmışdı. Onun həkimi bildirmişdi ki, musiqiçi yüksək doza  propofol qəbul etdiyi üçün ürəyi dayanıb.

VİDEO BURADA​​​

Paylaş: