Ayan Rəqsanəni yalançı çıxartdı: "Həqiqət deyil"
Tarix: 2-11-2019, 12:31




“Kəmaləni çox istəyirəm. O bu müddətə qədər susubsa, şəxsi həyatı haqqında deyilənləri nə təsdiq, nə də təkzib etməyibsə, deməli, həqiqət deyil”.
 
Primetime.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Maşın" realiti-şouda onunla birgə yarışmaçı qismində iştirak edən aparıcı Kəmalə Priyeva haqqında deyib. İfaçı müğənni Rəqsanənin Piriyevanın şəxsi həyatı haqqında verdiyi açıqlamalara belə münasibət bildirib. Babakişiyeva şouda qalmaqal yaşadığı həmkarı Fuad Musayevlə əlaqə saxlamadığını qeyd edib:
 
“Onunla münasibətimiz əvvəl necə idisə, indi də elədir. Heç vaxt şəxsi həyatımla gündəmə gəlmək istəməmişəm. Əgər bir insan öz ayağı üzərində durursa, deməli, güclüdür. Şoudan sonra insanların məni daha çox sevdiyinin şahidi oldum. Xüsusilə qadınlar tərəfimi saxladılar”.
 


 


Paylaş: