Vasif Məhərrəmli mühafizəçini aşağıladı: “Get, gözətçiliyini et”
Tarix: 1-11-2019, 18:00



Əməkdar artist Vasif Məhərrəmli bu dəfə mühafizəçiləri alçaldan ifadələr işlədib.
Musavat.com xəbər verir ki, əməkdar artist ötən gün “Xəzər” TV-də yayımlanan “5/5” proqramında qonaq olub. 
O, telekanalın qaydalarını pozaraq, telefonunu mühafizəçiyə vermək istəməyib. V.Məhərrəmli mühafizəçini aşağılayaraq “Get, gözətçiliyini et” deyib, Vasifin səsi canlı yayımda eşidilib. Mühafizəçi ilə V.Məhərrəmlini aparıcı Zaur Kamal sakitləşdirib. 
Qeyd edək ki, V.Məhərrəmli artıq bir neçə dəfədir ki, müxtəlif peşə nümayəndələrinə qarşı kobud ifadələr səsləndirir. O, bir müddət öncə “Mazut iyi verən şəxs mənim yanımda otura bilməz” deyərək müzakirələrə səbəb olmuşdu. 

Paylaş: