Xalq artisti kimi ilk konsertini verəcək
Tarix: 1-11-2019, 09:48



Azərbaycanın Xalq artisti Miri Yusif solo konsert verəcək. “Qafqazinfo” xəbər verir ki, sənətçi gələn ilin mayında “Baku Crystal Hall”da səhnəyə çıxacaq.
Baş tutacaq musiqili gecə Miri Yusifin solo karyerasının 10 illiyinə həsr edilib. O, konsertdə bu günədək çıxardığı 6 alboma daxil olan mahnılarını səsləndirəcək.
Bununla da, sənətçi Xalq artisti kimi ilk dəfə mayın 24-də tamaşaçı qarşısına çıxacaq.

Paylaş: