“Mənim və atamın adının bu siyahıya salınması axmaqlıqdır...”
Tarix: 23-09-2017, 12:37


“Crocus Group” şirkətinin vitse-prezidenti Emin Ağalarov onun və atası Araz Ağalarovun adının Amerikanın “Rusiya təhqiqatna dəstək komitəsi” adlı ictimai təşkilatının siyahısına (Morqan Frimanın siyahısı) salınmasını “axmaqlıq” adlandırıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ağalarov bu siyahının “antirusiya təbliğatı xarakteri daşıdığını” bildirib.
“Bu tamamilə axmaqlıqdır ki, mənim və Araz İsgəndəroviçin adı həmin antirusiya siyahısında yer alıb. Mən buna yumor hissi ilə yanaşıram”-Emin Ağalarov deyib.
Biznesmen əlavə edib ki, ABŞ-da total antirusiya təbliğatı gedir. “Bütün Amerika üzrə Rusiyaya qarşı təbliğat aparırlar, bütün xəbərlədə: casuslar, dağıdıcılar, seçkiləri saxtalaşdıranlar, hakerlər...”-Ağalarov bildirib.
Bundan əvvəl amerikalı aktyor, “Oskar” laureatı Morqan Frimen “Rusiya təhqiqatna dəstək komitəsi” adından videomüraciətlə çıxış edib və orada Rusiyanın demokratiyaya hücumları haqda danışıb. Komitənin saytında göstərilir ki, Amerika seçkilərinə müdaxilənin əsas fiqurları sırasında prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, səfir Sergey Kislyak, “Vneşekonombank”ın rəhbəri Sergey Qorkov və s. ilə yanaşı Emin Ağalarov və Araz Ağalarov da yer alır.

Paylaş: