Beyonse yenə villa aldı- FOTO
Tarix: 23-09-2017, 11:33



Məşhur amerikalı müğənni Beyonse Nouls və əri, milyarder reper, prodüser Cey Zi daha bir villa alıblar.
UlduzumSan.Az milli.az-a istinadən bildirir ki, Nyu-York ştatındakı İst-Hemptonda yerləşən “Pond House” villası üçün 26 milyon dollar ödənib. Villanın 7 yataq otağı, 8 vanna otağı, 1114 m2 daxili sahəsi və 2 hektarlıq ətraf ərazisi var.
Villa Corciya gölünün sahilindəki villanın ərazisində 159 m2 sahəli qonaq evi də var.
81 Briar Patch Road-da yerləşən villanın əvvəlki sahibi, milyarder Ceffri Koll binanı satın alandan sonra 2 il təmir işləri aparılmışdı.
2009-cu ildə 39,5 milyon dollara satışa çıxarılmış villanı alan olmadığından onun qiyməti ucuzlaşıb.
Bu villanın qonşuluğunda Ronald Perelman, Stiven Spilberq və Marta Stüartın malikanələri var.




Paylaş: