Məşhur müğənni qızına ev qiymətinə oyuncaq aldı
Tarix: 29-10-2019, 16:27



Türkiyənin məşhur müğənnisi Demet Akalın qızına aldığı hədiyyənin qiyməti ilə yenidən gündəmdədir.
Demet Akalın yaxınlarına və dostlarına bahalı hədiyyələr alması ilə seçilir.
Müğənni bu dəfə beş yaşlı qızı Hiraya aldığı oyuncaqla qınaq obyektinə çevrilib. Demet qızına 4 min 200 lirəyə oyuncaq ev alıb.
Beş yaşlı qızına aldığı oyuncaq qiymətinə İstanbulda dörd otaqlı ev kirayələmək mümkündür.
Sənətçinin özü də qızına bahalı hədiyyə almasını təsdiqləyib.






Paylaş: