Xəyanət qalmaqalı böyüyür - “Onlar cəzalandırılacaq…”
Tarix: 23-09-2017, 11:25


Məşhur müğənni Gülben Ergenin əri Erhan Çelikə iş adamı Tolga Duğleslə xəyanət etməsi Türkiyə gündəmini zəbt edib. 
“Qafqazinfo” məlumat verir ki, müzakirələrin artdığı bir vaxtda sənətçinin vəkili Gökçe Kılıç Gülsaran açıqlama yayıb. 
Vəkil xəbəri nə təsdiq, nə də təkzib edib və xəyanət qalmaqalında adı hallanan Tilga Duğles barədə danışmaq istəməyib:
"Təhqir və böhtan xarakterli yazılar son bir neçə gündə yayılmağa başlayıb. Bundan əlavə, sosial şəbəkələrdə qara kampaniyalar aparılaraq Gülben Ergeni linç edirlər. Nəticəsi nə olursa, olsun. Ergenin özü xaric, ailə üzvləri, övladlarına bu tipli xəbərlər təsir edir. Qanuna zidd addımlar atanlar cəzalandırılacaq”. 
Qeyd edək ki, bir neçə gün bundan əvvəl sənətçinin həmkarı Seren Serengil instaqram hesabından şok açıqlamaya yayıb.  O, Gülbenin evli olarkən ərinə xəyanət etdiyini iddia edib. 
Bundan sonra digər sənətçi Yeşim Salkım “Duymayan kalmasın” verilişinə açıqlamasında Ergenin onun əri ilə görüşdüyünü bildirib.

Paylaş: