“Bu cür çıxışlarıma görə hətta iqtidarda olan adamlar da mənə düşmən kimi baxır...”
Tarix: 29-10-2019, 08:46




“Mən ömrüm boyu arzu eləmişəm ki, Azərbaycanı bu günki rəhbərlik kimi, sözünü deyə bilən bir adam idarə etsin”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti aparılan kadr islahatlarının çoxdan arzusunda olduğunu bildirib:

“Yetmiş altı yaşımda daim həvəsində, arzusunda olduğum, intizarla gözlədiyim bir rəhbərin hakimiyyəti dövründəyəm. Mən ömrüm boyu arzu eləmişəm ki, Azərbaycanı bu günki rəhbərlik kimi, sözünü deyə bilən bir adam idarə etsin. Nəhayət ki, xalqın uzun illərdən bəri arzusu olan iy verən kadrların dəyişdirilməsi prosesi aparılır. Elm sübut edir ki, normal bir insan əgər müəyyən bir sahədə rəhbərdirsə, beş il müddətinə nə imkanları varsa, hamısını edib qurtarır, bundan sonrakılar təkrardı. Xalqın etirazı məhz bu eybəcər kadr məsələsinə görə idi. Hətta bəzi nazirliklərimizə “Qocalar evi” deyirdilər. Şükür olsun ki, bu işə nöqtə qoyuldu. Bununla yanaşı, bir neçə ay içində Soçi hadisələri, ölkə başçısının orda möhtəşəm çıxışı və açıq-aydın xalqın qarşısına çıxaraq bəzi dövlət məmurların bu millətin qanını zəli kimi somurmasını deməsi bir çoxlarına ciddi xəbərdarlıq idi. Bu gün biz siyasi mühitdə çox aktiv olmalıyıq. Bəzən bu cür çıxışlarıma görə hətta iqtidarda olan adamlar da düşmən kimi baxır”. 


Paylaş: