"Ona görə də proqrama kişiləri çağırmışam"
Tarix: 28-10-2019, 11:06



Əməkdar artist Mətanət İsgəndərli efirə tək xanım müğənni olaraq çıxmaq istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə “Zaurla Günaydın” verilişinin aparıcısı Zaur Baxşəliyev proqramda məlumat verib.
Aparıcı Əməkdar artistin proqrama gəlmək üçün tək xanım müğənni olaraq çağırılmasını şərt qoyduğunu açıqlayıb:

“Mətanət xanım özündən başqa xanım qonaq istəmədi. Ona görə də proqrama kişiləri çağırmışam”.
Müğənni Zaurun dediklərini təsdiqləyərək xoş sözlərin, təriflərin yalnız ona deyilməsini istədiyini bildirib.

Paylaş: