Böyrək çatışmazlığından vəfat edən aktyor torpağa tapşırılıb
Tarix: 28-10-2019, 10:31




Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına ağır itki üz verib.
Open.az xəbər verir ki, ötən gün teatrın aktyoru Siluddin Quliyev ağır xəstəlikdən sonra vəfat edib.
Ağdam Dövlət Dram Teatrının Baş rejissoru, Əməkdar artist Novruz Cəfərov Open.az-a açıqlamasında bildirib ki, mərhum aktyor uzun illər böyrək çatışmazlığından əziyyət çəkib. Dializ xəstəsi olan aktyorun son zamanlar vəziyyəti ağırlaşıb. Ötən gün vəfat edən aktyoru Baharlı kəndində dəfn ediblər.
Qeyd edək ki, Siluddin Boran oğlu Quliyev 1965-ci il iyunun 18-də Ağdam rayonunun Suma kəndində anadan olub.
1988-ci ildən Ağdam Dövlət Dram Teatrında çalışan Siluddin Quliyev 2013 – cü ildə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.
Allah rəhmət eləsin!

Paylaş: