Demet Akalın Selin Ciğercidən də küsdü
Tarix: 26-10-2019, 11:46




Türkiyəli müğənni Demet Akalının ən yaxın dostu olan Selin Cigerci ilə münasibətləri korlanıb.

UlduzumSan.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb Selinin xına gecəsində təşkilatçılardan məşhurlalarla foto paylaşması qarşılığında 250 min lirə alması olub. Gecədən çoxlu şəkil paylaşan Demet xəbəri eşidən kimi bütün fotoları silib.

Baş verənlərlə bağlı açıqlama verən Ciğerci isə "Şəkillərdə yaxşı düşməmişdik. Ona görə silib. Toyumda da görəcəksiniz onu" deyə, bildirib.

Ancaq iddialara görə, Akalın Selinlə tamamilə əlaqəni kəsib və toyunda da iştirak etməyəcək.

Demet Akalın Selin Ciğercidən də küsdü - FOTO


Paylaş: