Məşhur diktor Rafiq Hüseynovun anım günüdür
Tarix: 26-10-2019, 10:14



Bu gün Azərbaycanın Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun anım günüdür.
Cebhe.info xəbər verir ki, R.Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. Həyatının böyük hissəsini Bakıda, İçərişəhərdə keçirib. Hələ kiçik yaşlarından atasız qalan Rafiqi və bacısını anası böyüdüb.
R.Hüseynov 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.
2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb.
Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olub. 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.
2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 
3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunub.

Paylaş: