"Crystal Hall"da Aygün tufanı
Tarix: 23-09-2017, 08:55



Xəbər verdiyimiz kimi, xalq artisti, pop diva Aygün Kazımova Bakıda - "Crystal Hall" səhnəsində solo konsert proqramı ilə çıxış edib. 
 
UlduzumSan.Az-ın məlumatına görə, "Crystal Hall"da baş tutan konsert möhtəşəmliyi ilə seçilib. Xalq artisti Aygün Kazımova səhnə performansı ilə hər kəsi yaxşı mənada təəcübləndirib. İfaçı səhnəyə rəqqasların müşayəti ilə çıxıb. O, ilk olaraq “Bu sevgi” mahnısını səsləndirib. Ard-arda sevilən mahnılarını ifa edən xalq artisti rəqsləri ilə diqqət çəkib. 
Qeyd edək ki, Aygün Kazımova konsetdən öncə açıqlamasında "Bu gecə Azərbaycan şou-biznesində yeni tarix yazacaq" deyib. Aygün vədinə əməl edib və növbəti yeniliyə imza atıb.







Paylaş: