“Avtomobilimi satacam...“ – “Maşın”ın qalibi dopinq iddialarından danışdı
Tarix: 25-10-2019, 16:46




“Maşın” şounun qalibi Suna Kasımoğlu müsahibəsinə maşını qazanması barədə danışıb. 
Aparıcı öz maşınını satıb övladının təhsil  haqqını ödəyəcəyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, azxeber.com-a danışan Suna əvvəlcə özü haqda məlumat verib:
“Onu deyə bilərəm ki, 48 yaşım var. Artıq 16 ildir ki, Azərbaycana yaşayıram. İki övladım var. Oğlum Nyu-Yorkda təhsil alır. Qızım isə ailə məktəbə hazırlaşır. Həyat yoldaşım memardı. Biz ailəlikcə etdiyimiz işləri efirdə reklam etməmişik. Həyat yoldaşım Azərbaycanda bir çox tanınmış yerlərin memarıdır”.
O, final zamanı çox gümrah olmasından və haqqında yayılan doppinq iddialarından danışıb:
“Onu deyənlərə üz tuturam ki, gəlin gedək, həkimə yoxlanaq. Mən əsgər ailəsində böyümüşəm, mübariz olmağı ailəmdən öyrənmişəm. Şounun ilk günündən bəri mən az yemək yeyirdim. İştirakçılar isə o qədər yeyirdilər ki, elə bil yemək yarışması idi. Bir də mən gecələr yatırdım. Bilirdim ki, səhər hər bir şeyi danışılacaq və xəbərdar olacam. Ən əsas da idman edirdim. Final günü Lalə mənə deyirdi ki, mahnı yoxdur, öz-özünə niyə oynayırsan? Deyirdim ki, beynimdə mahnı ifa edirəm. Bu həyatda nə əldə etdimsə, mübarizə aparıb etdim. Sevmirəm ki, yalvarışlarla nəsə əldə edəsən”.
Suna əvvəlki avtomobilini satacağını və “Maşın”dan qazandığını sürəcəyini deyib:
“Bəli, özümün maşını var. Bildiyiniz kimi oğlum Nyu-Yorkda oxuyur. Qızım xaricdə təhsil almaq istəyir. Heç bir ana övladının elə istəyinə yox deyə bilməz. Bu qazandığım avtomobildə bir mübarizə və əmək var. Hazırkı avtomobilimi satıb övladımın illik təhsil haqqını ödəyəcəm. Bu maşını isə idarə edəcəyəm”.
Açıqlamaların davamı aşağıdakı video materialda:

VİDEO BURADA​​​

Paylaş: