“Bütün xalq məni sevməsə də... ” – Nadirə niyə fəxri ad verilmir?
Tarix: 24-10-2019, 16:20




“1982-ci ildən bu sənətdəyəm. Uşaqlıq illərimdən Azərbaycan Dövlət Televiziyasında fəaliyyətə başlamışam. Bunlar arxivdə də var. Profesional səhnəyə isə 1998-ci ildə gəlmişəm. Üst-üstə gələndə otuz ilə yaxın vaxt edir. Heç bilmirəm ki, nə deyim. Mənə niyə fəxri ad verilmədiyini bilmirəm”. 
Bu sözləri musavat.com-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. 
O, bildirib ki, o fəxri ada layiqdir: “Mənə fəxr ad verilməsə də, olar. Bəlkə də nə vaxtsa, mənə də ad verilər. Əsas odur ki, canımız sağ olsun, dövlətimiz uzun ömürlü olsun, xalqımız firavan yaşasın. Mənim öz sevənlərim var. Xalqın hamısı məni sevməsə də, bir kütlə var ki, sənətimi də, səsimi də sevir. Yəqin ki, mən fəxri ada layiq deyiləm. Hər şey vaxtında gözəldir. 50 yaşım olacaq, məndən balacalara ad verilib. Bəlkə də yanılıram, mənə də ad veriləcək. Əziyyəti az olanlar var ki, artıq xalq artistidir. İllərdir səhnədəyəm, bütün dövlət tədbirlərində, xalq konsertlərində təmənnasız çıxış etmişəm. Halal xoşları olsun. Bu ölkədə yaşayırsansa, dövlət üçün çalışmalısan. Mən vətəndaş kimi bütün bunları özümə borc bilirəm. Hər şey adla bitmir. Mən yenə işimin başında olacağam”. 
Qeyd edək ki, bir neçə gün öncə Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayeva xalq artisti adına layiq görülüblər. 

Paylaş: