“Hansı arzuolunmaz milçək onları sancıb ki...” - Şeyx Əbdüldən Afaqa
Tarix: 24-10-2019, 10:48



Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) “Hər şey daxil” verilişinin qonağı olub. 
“Yeni Sabah” xəbər verir ki, aparıcı Tarix Əliyevin (Tolik) Xalq artistiAfaq Bəşirqızının bütün teatrın adından söz deməsi ilə bağlı verdiyi suala Şeyx Əbdül sərt cavab verib. 75 yaşlı kinorejissor sənətkarların bir-brinin ünvanına belə sözlər işlətməsini düzgün saymayıb:
“Mən prinsip etibarilə teatr mühitinin adamı deyiləm. Afaq xanım cəmiyyətdə sözü, mövqeyi olan, tanınan adamdır. Amma mən  başa düşə bilmirəm ki, hansı təsadüf, hansı arzuolunmaz milçək onları sancıb ki, ictimaiyyətdə belə bir mühüm tədbir vaxtı bir-birinin ünvanına yolverilməz  sözlər desinlər. Bu mənim ürəyimi ağrıdır”.
Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransında Afaq Bəşirqızı konfransın gedişatına etiraz əlaməti olaraq oranı yarımçıq tərk etmişdi. 

Paylaş: