Məhərrəmliyin ilk günü oğluna toy edən azərbaycanlı müğənni: "Məhərrəmlik axşam girir"
Tarix: 22-09-2017, 12:48


Müğənni Manaf Ağayev bu gün oğluna toy çaldırır. "Niel" şadlıq sarayında baş tutacaq məclis yalnız kişilər üçün nəzərdə tutulub. Məhərrəm ayının ilk günü övladına toy edən ifaçı özünə bəraət qazandırmağa çalışıb. O, öncə məhərrəm ayının sabah, daha sonra isə bu gün axşam başlayacağını deyib: "Məhərrəm ayı sabah başlayır. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir". Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. İdarədən məhərrəm ayının artıq başladığı və bunun saatla tənzimlənmədiyi bildirildi.
PrimeTime.az

Paylaş: