Selena Qomes bu klipi smartfonla çəkdi - 3 milyondan çox "LİKE"
Tarix: 23-10-2019, 17:06




27 yaşlı amerikalı müğənni və aktrisa Selena Qomes şəxsi "Instagram" səhifəsində tam olaraq smartfonla çəkilən yeni klipinin fraqmentini paylaşıb.

BiG.AZ-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, müxtəlif rakurslardan çəkilmiş ağ-qara kadrların üst-üstə yığılması nəticəsində meydana gələn bu klip 3 milyondan çox "ürək" toplaya bilib.

Qeyd edək ki, videonun müəllifi britaniyalı klipmeyker Sofi Müllerdir. O, Beyons, Şakira, Coldplay və bir çox digər məşhurlarla əməkdaşlıq edir.



Paylaş: