Merve Boluğur şantaj olunub
Tarix: 23-10-2019, 16:49




Türkiyəli aktrisa Merve Boluğur şantaj olunub.

Axşam.az xəbər verir ki, ona tanımadığı nömrədən "Əlimdə çılpaq fotoların var. Pul verməsən, yayacam" deyə, mesajlar gəlib.

Sənətçi bundan sonra prokurorluğa müraciət edib. Məlum olub ki, mesaj göndərilən nömrə xarici ölkədə qeydiyyatdadır. Lakin Merve mesajları sübut olaraq təqdim edə bilməyib. Buna görə də işə xitam verilib.

Paylaş: