Kıratlıdan Akçıla: "Media meymunusan?!"
Tarix: 23-10-2019, 15:45




Boşandıqdan 20 gün sonra barışan Sinan Akçıl və Burcu Kıratlı cütlüyü ötən gün Ferruh Taşdemirin toy mərasimində iştirak edib.
 
Primetime.az xəbər verir ki, yeni barışan və ikinci dəfə evlənməyə hazırlaşan cütlük mərasimdə mübahisə edib. İddialara görə, mübahisəyə Sinan Akçılın media nümayəndələrinə müsahibə vermək istəyi səbəb olub. Danışmaq istəməyən Burcu Kıratlı isə Akçıla "Media meymunusan? Nə gərək var?" deyib.
 
Toy hazırlığı ilə məşğul olan otelin mətbəxinə girən ikili işçilərin önündə də mübahisəyə davam edib. Həmin əsnada isə Kıratlı Akçılı vurub. Cütlük mətbəx işçilərinin köməyi ilə arxa qapıdan çıxaraq hoteli tərk edib.

Paylaş: