Xalq artisti Lyudmila Duxovnayanın yubileyidir
Tarix: 23-10-2019, 15:27




Bu gün Azərbaycanın Xalq artisti, Akademik Rus Dram Teatrının görkəmli sənətkarı Lyudmila Duxovnayanın doğum günüdür.
Open.az xəbər verir ki, görkəmli aktrisa 75 illik yubileyini qeyd edir.
Akademik Rus Dram Teatrının kollektivi sevimli sənətkarlarını təbrik ediblər.
Teatrın təntənəli təbriki isə oktyabrın 30-da olacaq.
Belə ki, həmin gün Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında yeni kamera səhnəsinin açılışı olacaq. Yeni səhnədə ilk tamaşa Xalq artisti, görkəmli sənətkar Lyudmila Duxovnayanın iştirakı ilə baş tutacaq.
"Gecələrdə qadın" adlanan mistik məkanda baş verən tamaşa, Lyudmila Duxovnayanın 75 illik yubileyinə həsr olunub.
Xatırladaq ki, Lyudmila Duxovnaya 1944-cü ildə Bakıda doğulub.
1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirib və həmin ildən teatrın səhnəsində çıxış edir.
Uzun illər ərzində çoxsaylı obrazlar yaradan Lyudmila Duxovnaya 1991-ci ildən Azərbaycanın Xalq artistidir. Prezident təqaüdçüsüdür.
Lyudmila Duxovnaya 2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülüb.
Görkəmli sənətkarı yubileyi münasibətilə təbrik edirik!



Xalq artisti Lyudmila Duxovnayanın yubileyidir
Xalq artisti Lyudmila Duxovnayanın yubileyidir


Paylaş: