Soruşurlar ki, intim və öpüş səhnələri var?
Tarix: 23-10-2019, 12:50



Rəqqasə Oksana Rəsulova çəkildiyi yeni "Sevgi romanı" filmindən bəhs edib.
AzNews.az xəbər verir ki, sənətçi insanların ona ekran işi ilə bağlı ünvanladığı suallardan söz açıb. O, "Faydalı saat" verilişində deyib ki, hər kəs ondan açıq-saçıq görüntülər gözləyir:
"Filmin posteri çıxıb. Baş rolda Şəhriyarla mənəm deyə, posterdə ikimizin şəkli var. Məndən soruşurlar ki, intim və öpüş səhnələri var? Niyə görə insanlarda belə şeylər bu qədər maraq yaradır? Məndən öpüşmək gözləyirlər".
Şəhriyar Əbilov isə belə deyib:
"Bu filmdə Azərbaycanın müasir filmlərindən fərqli olaraq çox yaxşı səhnələr yer alıb. Kadrlarda ehtiras, sevgi, sevdiyi insana görə çox çətin yoldan keçən personaj, xəyanətə görə üz döndərib qaçanları görəcəksiniz".



Paylaş: