Məşhur müğənninin jaketi ikinci dəfə hərraca çıxarılacaq
Tarix: 23-10-2019, 12:02




Dünyanın ən istedadlı qruplarından olan "Nirvana"nın 27 yaşında intihar edərək dünyasını dəyişən solisti Kurt Kobeynin əfsanəvi jaketi növbəti günlərdə ikinci dəfə hərraca çıxarılacaq.
 
Primetime.az xəbər verir ki, 1993-cü ildə akustik performans sərgilədiyi "MTV Unplugged" qeydlərindən ağıllarda qalan zeytun yaşılı rəngindəki jaket "depressiya jaketi" olaraq bilinir. Sözügedən jaket 2015-ci ildə baş tutan hərracda 137 min dollara satılmışdı. Lakin jaket hərrac şirkəti "Julien's Auctions" tərəfindən yenidən satışa çıxarılacaq. 25-26 oktyabr tarixlərində baş tutacaq olan hərracda jaketin 200-300 min arası qiymətə satılacağı ehtimal edilir.
 
Məlumat üçün bildirək ki, Kobeyn 1994-cü ilin aprel ayında Sietldakı evində ölü tapılıb.




Paylaş: