"Tünzalə Ağayeva çox güclü səs sahibidi, Röya da ürəkdi, amma çox istərdim ki..."
Tarix: 23-10-2019, 11:08



“Onlar Azərbaycanımızın övladlarıdır, çalışırlar. Tünzalə Ağayeva çox güclü səs sahibidi, Röya da ürəkdi”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova həmkarlarının fəxri ad almasına münasibət bildirərkən deyib. F.İbadova bir neçə sənət dostlarına da bu adı almağı arzu edib:

“Xalq artisti fəxri adına layiq görülən hər üç sənətçimizi təbrik edirəm. Onlar Azərbaycanımızın övladlarıdır, çalışırlar. Tünzalə Ağayeva çox güclü səs sahibidi, Röya da ürəkdi. Amma çox istəyərdim ki, Əməkdar artist Aybəniz Haşımova və Teymur Əmrah da bu fəxri ada layiq görülsün. Onlar illərdir tələbə yetişdirirlər, çalışırlar, zəhmətləri böyükdü. Aybəniz xanımın tələbə yetişdirməsi bir bilsəniz ki, necə zəhmət bahasına başa gəlir. Mən dostlarıma ancaq sənət uğurları arzulayıram”. 

F.İbadova özü haqda fəxri adla bağlı isə bunları deyib:

“Mən sənətə gələndə o haqda fikrim olmayıb. Mənim kimi istedadlı insanlar da o fikirdədir. Biz sənətimizi sevmişik və qorumuşuq. Mənim sənət günəşim olan Şövkət Ələkbərova Xalq artistidir. Amma o, Şövkətdir, çox ucadır. Ən böyük fəxri ad ünvanım odur”.

Paylaş: