"Ərimdən boşanmamışam, amma..."
Tarix: 22-09-2017, 12:19



ATV-nin tanınmış aparıcısı Zümrüd Bədəlovanın Müşfiq Şahverdiyevlə səmimi fotoları yayılıb.

BiG.AZ xəbər verir ki, efirlərdə az-az görünən Zümrüd Bədəlova yayılan səmimi fotolara belə aydınlıq gətirib:

"Müşfiqlə çəkdirdiyim fotolar izləyicilər tərəfindən qınaqla qarşılanıb. Amma mən nəzərə çatdırım ki, biz Müşfiqlə serial üçün bir araya gəlmişik. Müşfiqlə birgə filmə çəkiləcəyik. Sözügedən filmdə sevgiyə həsrət qadın rolunu oynayıram və ssenariyə əsasən Müşfiqə gözüm düşüb. Haqqımda deyiləcəklər mənə maraqlı deyil. Film komediya janrında olacaq, hesab edirəm ki, burada qınanmalı bir şey yoxdur".

Aparıcı Zümrüd şəxsi həyatı haqqında BiG.AZ-a açıqlama verib. O bildirib ki, həyat yoldaşından rəsmən boşanmasa da ayrı yaşayırlar:

"Biz heç vaxt yenidən bir arada olmayacağıq. Həyat yoldaşımla Rusiyada evliyik, amma Azərbaycanda azad qadınam. Ona görə 2-3 il ərzində münasibət qurmaq, evlənmək kimi fikrim yoxdur".

Aparıcı Zümrüdün bu evlilikdən 9 yaşlı qızı var.



Aparıcı Zümrüdün nişanlı Müşfiqlə SƏMİMİ FOTOLARI YAYILDI: "Ərimdən boşanmamışam, amma..."

Aparıcı Zümrüdün nişanlı Müşfiqlə SƏMİMİ FOTOLARI YAYILDI: "Ərimdən boşanmamışam, amma..."

Aparıcı Zümrüdün nişanlı Müşfiqlə SƏMİMİ FOTOLARI YAYILDI: "Ərimdən boşanmamışam, amma..."

Paylaş: