Aygün Kazımovanın həbsdə olan qardaşının vəziyyəti ağırdır -
Tarix: 22-10-2019, 13:10




Xalq artisti Aygün Kazımovanın ailəsindən üzücü xəbər var.

BiG.AZ xəbər verir ki, ifaçının həbsdə olan qardaşı Kazım Kazımov ağır xəstəlikdən əziyyət çəkir. Əldə etdiyimiz məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən Kazım hazırda yaşaması üçün mübarizə aparır.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub. O, 2013-cü ildə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Məsələ ilə bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxladıq. O, məhbusların yerinin dəyişməsi haqqında məlumatın yayılmasının qanuna zidd olduğunu vurğulayıb.


Aygün Kazımovanın həbsdə olan qardaşının vəziyyəti ağırdır - FOTO - ÖZƏL


Paylaş: