Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqını boykot etdi - Konfrans zalından çıxdı
Tarix: 22-10-2019, 13:05




Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransı keçirilir.
Open.az xəbər verir ki, xalq artisti Afaq Bəşirqızı bu dəqiqələrdə TXİ-ni boykot edərək, zaldan çıxıb.
"Mən orada özümü görmədim. Hətta söz demək də istəmədim. Bilirsiniz söz üçün cibə də girmirəm. Xahiş də etmədim mənə söz versinlər. Çünki bu, çox böyük şübhə altında idi. Amma əsa odur ki, media var, demokratiya var. Ən əsası da mənim dövlətim, dövlətçiliyim və Prezidentim var. Mən Prezidentə müraciət etmişəm. Sözlərimin heç birində yalan və riyakarlıq yoxdur. Sözlərimin üsütndə dururam və ağasıyam. Və mən Cənab Prezidentimizin reaksiyasını gözləyirəm. Azərpaşa Nemətov Hacıbala Abutalıbovdan nümunə götürsün", - deyə A.Bəşirqızı bildirib.

Paylaş: