"Gülü buna verəndə elə bil şeytan gördü"
Tarix: 22-10-2019, 12:07




"Meray Kerinin bir mahnısı var, dənizin qırağında uzanıb oxuyur e, ürəyim gedir o mahnısı üçün".

Bunu Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də deyib.

Verilişin qonağı olan məşhur stilist-vizajist Anar Ağakişiyev aparıcının bu ifadələrindən sonra, efirdə Tolikin Meray Kerri ilə bağlı bir xatirəsini danışıb:

"Meray Keri Bakıya gələndə Tolik ona buket almışdı. O adamın da güllərə qarşı allergiyası var. Tolik buketlə qaçır onun üstünə, o da Tolikdən qaçırdı".

Aparıcı Tarix Əliyev stilistin dediklərini təsdiq edib:

"Meray Kerrinin yanına düşmək bilirsən də nədir?! "Formula1" yarışı üçün gəlmişdi. Məni tapşırıqla içəri keçirdilər. Mən də bir buket gül almışam, bahalı özü də. Fikirimdə tutmuşam ki, gülü ona verəcəm, onunla şəkil çəkdirəcəm. Demək bunun gülə qarşı allergiyası var. Gülü buna verəndə elə bil şeytan gördü. Bir qışqırdı ki...".

Qeyd edək ki, Bakı konsertindən 250 min dollar gəlir əldə edən 49 yaşlı Meray Kerri sonra intim görüntüləri ilə qərb mediasının gündəmini zəbt etmişdi.

Paylaş: