Nadirdən "Xalq artisti" adı alanlara reaksiya
Tarix: 22-10-2019, 11:28



Müğənni Nadir Qafarzadə ötən gün Tünzalə Ağayeva, Röya Ayxan və Miri Yusifin “Xalq artisti” fəxri adı almasına reaksiya verib.

Axşam.az xəbər verir ki, o, əvvəlcə sosial media hesabında video paylaşıb, 20 dəqiqə sonra isə silib.

İfaçı videoda ad çəkmədən “Hər şey yaxşıdır. Neyləmək olar ki? Həyatdır, əslində, belə də olmalıdır. Görünür tale, qismət belə imiş. Bəs, bilmirdiniz? Həmişə belə olur. Canınız sağ olsun, əsas odur. Heç narahat olmayın” deyə, ünvansız sözlər işlədib.

Nadirdən "Xalq artisti" adı alanlara reaksiya - FOTO +VİDEO

Daha sonra N.Qafarzadənin bu sözləri fəxri ad almadığı üçün yazdığı bəlli olub. Belə ki, izləyicilərindən biri “Fəxri ad almağınızı səbirsizliklə gözləyirik” deyə, ona rəy yazıb. Müğənni isə “Gözləmə, bu, heç vaxt olmayacaq. Haqsızlıqlar...” sözləri ilə cavab verib. O, daha sonra Röya Ayxanın fotosunu paylaşaraq, onu təbrik edib.

Qeyd edək ki, müğənni bundan öncə də fəxri ad almadığına görə şikayətlənmişdi.

VİDEO BURADA​​​

Paylaş: