Almaz Ələsgərlinin qızı yenə hamilədir
Tarix: 22-10-2019, 11:26




Əməkdar artist Almaz Ələsgərli ikinci dəfə nənə olacaq.

UlduzumSan.Az xəbər verir ki, müğənninin İsveçdə yaşayan qızı Mədinə ikinci övladına hamilədir. Ələsgərli bu haqda "Evdəkilərə salam" verilişində danışıb.

"Bilmirik oğlandır, yoxsa qız. Yolunu gözləyirik" deyə, Almaz bildirib.

Qeyd edək ki, Mədinə bir dəfə ailəli olub və ayrılıb. Daha sonra o, İsveçə köçüb və uzun müddətdir orada yaşayır. Sənətçi qızının ikinci dəfə ərə getdiyini uzun müddət gizlədib. O, birinci nəvəsi Melisa dünyaya gələndə Mədinənin ailə qurduğunu açıqlayıb.


Almaz Ələsgərlinin qızı yenə hamilədir

axsam.az

Paylaş: