Şəbnəm hacılara "maşennik" deyən Kamilin cavabını verdi - "Mənim həcim..."
Tarix: 22-10-2019, 11:19




Müğənni Şəbnəm Tovuzlu məşhur idmançı Kamil Zeynallının "hacı"lar haqqında dediyi "Azərbaycanda həcilərin 90%-i "maşennik", yalançı, alkaş, oğru, banditdir" sözlərinə açıqlama verib.
AzNews.az xəbər verir ki, o, bir izləyicisinin sözügedən məsələ ilə bağlı sualını cavablandırıb.
"Mənim "həci"mlə Kamil yaxındırlar. Mənim yoldaşım abırlı və mərd insandır. Bu sözü ona deməyə kiminsə cəsarəti çatmaz. Kamil bilir, o sözü kimlərə deyir".

Paylaş: