Səbinə Amerikaya ərinin yanına getdi
Tarix: 22-10-2019, 10:33




Əməkdar artist Səbinə Babayeva Amerikaya gedib.

BiG.AZ xəbər verir ki, müğənninin rejissor əri Cavidan Şərifov uzun müddətdir ABŞ-dadır. Hətta onun okeanın o tayına köçməsi xəbəri də yayılmışdı. Ancaq Cavidan daha sonra xəbərin yalan olduğunu bildirmiş, işi ilə əlaqədar ora getdiyini qeyd etmişdi.

S.Babayeva isə ötən gecə İnstaqramında canlı yayıma girərək ABŞ-da olduğunu vurğulayıb. O, Nyu-Yorkun əkiz qüllələrinin yerləşdiyi yerdə olub.

Qeyd edək ki, Səbinə və Cavidan cütlüyünün bir övladı var.

Səbinə Amerikaya ərinin yanına getdi - Fotolar
Səbinə Amerikaya ərinin yanına getdi - Fotolar
Səbinə Amerikaya ərinin yanına getdi - Fotolar


Paylaş: