“Ümumi götürəndə Azərbaycanda televiziyanın vəziyyəti rəzildi...”
Tarix: 22-10-2019, 08:34




“Gərək peşəkar televiziyaçılarımız bununla məşğul olsunlar. Çox şeylər qeyri-peşəkarların əlində olduğu üçün iradlar var”

Bunu Moderator.az-a açıqlamasında aparıcı Kamran Həsənli efirlərimiz haqda danışarkən deyib. 

Aparıcı televiziyalarımızın ümumi mənzərəsinin ürəkaçan olmadığını bildirib:

“Bu gün bizim ümumi olaraq televiziyamızın istiqaməti yalnışdı, fantaziyasızdı. Gərək peşəkar televiziyaçılarımız bununla məşğul olsunlar. Çox şeylər qeyri-peşəkarların əlində olduğu üçün iradlar var. Ümumi götürəndə Azərbaycanda televiziyanın vəziyyəti rəzildi. Televiziya üstəlik elə bir silahdır ki, atom bombasından da güclüdür. Bu, insan məhsulu yaradır və bu qüsurlu da, qüsursuz da ola bilər. Demək olar ki, televiziyalarımızda heç bir proses də getmir”. 


Paylaş: