Məşhur aktrisa evləndi
Tarix: 21-10-2019, 16:54




Dünyaca məşhur amerikalı aktrisa Cennifer Laurens evlənib.
 
Primetime.az xəbər verir ki, 29 yaşlı aktrisa və 34 yaşlı sənət qalereyası nişanlısı Kuki Maroni ötən həftənin şənbə günü bir çox məşhur ulduzun da iştirak etdiyi dəbdəbəli toy mərasimi ilə dünya evinə girib. 
 
Hollivudun son dövlərdəki ən diqqətçəkən toyu üçün Rode adasının tarixi "Belcourt of Newport" evi xüsusi olaraq dizayn edilib. Laurensin "Dior" imzalı bir gəlinlik geyindiyi bildirilsə də, toyla bağlı fotolar mediada paylaşılmayıb. 
 
Verilən məlumata görə, cütlüyün toyunda Emma Stone, Siena Miller, Kris Cenner və Eşli Olsen kimi məşhurlar iştirak edib. 




Paylaş: