Xatirə İslam bu xəstəlikdən əziyyət çəkirmiş
Tarix: 21-10-2019, 16:35



Müğənni Xatirə İslam “ATV maqazin onlarla” verilişində kameralar qarşısına keçib.

Axşam.az xəbər verir ki, sosial mediadan və telefondan şikayətlənən ifaçı övladına vaxt ayıra bilmədiyini söyləyib:

“Telefonum az qalır dil açsın desin ki, məni yerə tulla. Telefonlar “allahsızca” məni övladımdan ayırır. Telefonun içindəki adamlar, İnstaqram imkan vermir ki, ərlə danışasan, qohum-əqrəbanın dərdini biləsən ki, nə dərdi var? Bütün günü axtarıram ki, səhifəmdə nə paylaşım? Bir də ayılıram ki, axşam düşüb. Nə yaxşı ki, evi təmizləyən xanım var. Anam var - yemək bişirir. Telefon zənglərindən də bezmişəm. Nömrəmi də dəyişəcəm. Hamınızdan üzr istəyirəm”.

Qeyd edək ki, sosial mediadan asılılıq hazırda xəstəlik hesab olunur. Tibbdə bu xəstəliyin adı FOMO-dur (Fear of missing out). FOMO xəstəliyi daşıyıcıları sosial mediadan istifadə etməyəndə özünü pis hiss edir və internetə girmək üçün səbirsizlik nümayiş etdirir.

Xatirə İslam bu xəstəlikdən əziyyət çəkirmiş - FOTO

Paylaş: