“Onu sənətçi olaraq qəbul etmirəm” – Aqşinə sərt sözlər
Tarix: 21-10-2019, 15:37



“Gündəm bərbad durumdadır. Artıq sular bulanıb. Elə həddə çatmışıq ki, ailəmlə birgə efirlərə baxmırıq”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri "X maqazin" proqramında qonaq olan müğənni Elvin Abdullayev deyib. O,  kişilərin qalmaqalından bezdiyini deyib. İfaçı Aqşin Fatehin adını çəkib:
"Qadınlar qalıb kənarda, kişilər qalmaqal edir. Bir-birinə nə gəldi deyirlər. Nə qədər Rusiyanın kanallarını izləməliyəm? Aqşin Fatehi son həftələrdə tanımışam. Yaxından tanımıram, rastlaşmamışıq, onu sənətçi olaraq qəbul etmirəm. Efirdə baxıb, əsəbləşə bilər. Son trendə düşən mahnısına "vay-vay" etdim. Son həftələr görürəm ki, kişilər bir-birinə söz atır. Nə olub? Bu, nə biabırçılıqdır?"

Paylaş: