Tünzalədən ad günü paylaşımı: "Əgər bunu istəyirsənsə..."
Tarix: 21-10-2019, 11:56



Ötən gün əməkdar artist Tünzalə Ağayevanın ad günü olub.
 
Primetime.az xəbər verir ki, 43 yaşını qeyd edən sənətçi özəl günündə sosial şəbəkədə paylaşım edib. 
 
"Mən özümü bəzəksiz, çox çalışqan və işdən sonra yorğun, huzurlu olmağımı sevirəm. 20 yaşımdan bu 43 yaşıma yalnız iradəm, əqidəm, zəhmətim, peşəmə sevgimlə gələ bildim. Allahın sonsuz lütfüdür bunlar. Yalnız qəti xarakterinlə, mərhəmətli qəlbinlə, həyatındakı hər kəsin və hər şeyin dəyərini bilməyinlə, qüsurlarını hamıdan birinci görməyinlə, başqalarının ancaq yaxşı tərəfini gördüyün zaman,Allah kamilliyinə çatdırar səni... Əgər bunu istəyirsənsə ".
 

Paylaş: