Rusiyanın Xalq artisti mikroinsult keçirib
Tarix: 21-10-2019, 10:32




Rusiyanın Xalq artisti, görkəmli teatr və kino aktyoru, sevilən aktrisa Valentina Talızina ötən gün xəstəxanaya yerləşdirilib.
Open.az xəbər verir ki, 84 yaşlı aktrisa mikroinsult keçirib.
Rusiyanın xəbər agentliklərinin yaydığı məlumata görə, Valentina Talızinanın vəziyyəti qənaətbəxşdir və yaxın günlərdə reabilitasiya mərkəzlərindən birində müalicəsi davam etdiriləcək.
Qeyd edək ki, 1935-ci ildə anadan olan Valentina Talızina 1958-ci ildən Mossovet adına Akademik Teatrda çalışır.
Eldar Ryazanovun məşhur filmləri ilə tamaşaçılara yaxşı tanış olan aktrisa, balacaların da sevimlisidir. Belə ki, bir çox sevilən animasiya filmlərinin qəhrəmanları Valentina Talızinanın səsi ilə "danışıb"

Paylaş: