Qurdla sevgili olduğu deyilən Aysun: Axırıncı dəfə dünən gecə görüşmüşük
Tarix: 19-10-2019, 13:09




Necə dostsunuz ki, bayaq Fəriddən soruşuram ki, "Aysundan xəbərin var?", deyir yox.

Bu sözlərlə aparıcı Zümrüd Bədəlova "Şən Bazar" proqramında qonaq olan Aysun İsmayılovaya müraciət edib.

Aysunun cavabı gözlənilməz olub:

"Axırıncı dəfə axşam görüşmüşük, dünən gecə. Yəni, saat 12-yə qədər bir yerdə olmuşuq".


Zümrüd verilişinin digər qonağı Qurdu (Fərid) yalan danışmaqda ittiham edib:

"Fərid bilsin ki, onun çox qız pərəstişkarı İnstaqram-da onu izləmədən çıxartdı".

Aysun Zümrüdün Qurd barədə son fikirlərinə "Mənə görə dəyər. Qoy çıxartsınlar" ifadələrini işlədib. Rəqsanənin qızının sözləri Qurdun ürəyincə olub:

"Gördün?! Cavab belə olar e".

Qeyd edək ki, "Maşın" şouda iştirak edən cütlük arasında sevgi dedi-qoduları dolaşır. Qurd (Fərid) həyat yoldaşından boşanıb, iki oğlu var.

milli.az

Paylaş: