"Təəssüf edirəm ki, oyunda Suna qalib oldu"- Ramal İsrafilov
Tarix: 19-10-2019, 12:19




Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” şounun “Maskarad” adlı sürətinin final gecəsi oldu. Şouda aparıcı Suna Kasımoğlunun qalib olması oyunun iştirakçılarından olan müğənni Ramal İsrafilovu da sevindirməyib.

Bu barədə müğənni BiG.AZ-a açıqlama verib. O, bildirib ki, qalibi öncədən bilirdi:
“Mən qalibi təbrik edirəm. Amma çox istəyirdim ki, Lalə qalib gəlsin”

Ramal İsrafilov şoudan ayrılma səbəbini də açıqlayıb. Onun sözlərinə görə, maşından əlini çəkməsinə səbəb Laləyə jest etməsi olmayıb:

“Kəmalə oyundan ayrılan gün mən dedim ki, Laləyə jest edərəm və əlimi maşından çəkərəm. Amma növbəti gün tamamilə təsadüf oldu. Mahnı oxuyurdum. Ritmə başım qarışdı və əlimi götürdüm. Lakin oyundan ayrılandan sonra çox təəssüfləndim. Amma onu deyim ki, çox yorulmuşdum. Heç oyunun əvvəlindən inanmırdım ki, sona qədər gəlib çıxaram”.

Paylaş: