"Mən tamamilə yuxudayam..."- Səidə Dadaşova göz yaşları içərisində
Tarix: 19-10-2019, 12:17




Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” şounun “Maskarad” adlı sürətinin final gecəsi olub. Şouda aparıcı Suna Kasımoğlunun qalib olması Sədə Dadaşovanı şoka salıb. BiG.AZ-a açıqlama verən Səidə Dadaşova bildirib ki, Sunanın qalibiyyətinə sevinməyib və göz yaşları içərisində açıqlama verib:

“ Mən sadəcə şokdayam. Lalə həm güclü, həm səmimi , həm də kövrək qəlbli bir xanımdır. Mən heç gözləmirdim. Mən heç bu qalibiyyətə sevinmirəm də. Bu gün burada olma səbəbim isə Lalədir. Mən tamamilə yuxudayam. Elə bil indi oyanacam. Mən inanmırdım ki, Lalə gücsüzləşər. Çünki, o, çox güclüdür. Onun tək səhvi o oldu ki, öz xanımlığını göstərdi və səs toplamaq üçün çıxanda ad çəkmədi. Amma burada belə hərəkət etmək lazım deyildi. Bura mafia oyunu kimidir. Əgər, belə bir şou Türkiyədə olsaydı bizim heç bir iştirakçımız orada qala bilməzdi. Heç birimiz qalib ola bilməzdik”.

Səidə Dadaşova bildirib ki, növbəti oyunlarda iştirak edəcək:

“Özüm də “Maşın şou” da iştirak etməliydim. Lakin müəyyən dövlət tədbirlərinə görə iştirak edə bilmədim. Növbəti mərhələlərində iştirak etmək istəyirəm. Mənim öz taktikam var və mən onunla hərəkət edəcəm. Belə oyunçuların oyunda qalmasına imkan verməyəcəm”.

Paylaş: