Roza Zərgərlidən Qarabağ qazilərinə böyük jest
Tarix: 19-10-2019, 09:53




Ötən layihələrdə "Maşın"ın qalibi olan və hədiyyəni götürməyən Roza Zərgərlinin qazandığı avtomobilin aqibəti bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, layihənin bu gün baş tutan final gecəsində aparıcı Murad Dadaşov deyib ki, avtomobilin dəyərində qazilərə yardım ediləcək. MGP-un rəhbəri qaziləri verilişin studiyasına dəvət edib.
O qeyd edib ki, Qarabağ Əlil Döyüşçülər Federasiyasına avtomobilin dəyərində avtobus alınıb.
Avtobusun açarları federasiyanın rəhbərinə təqdim edilib

Paylaş: