“Tələbələrimiz zirvədə olanda biz müəllimlər də sevinirik...”
Tarix: 19-10-2019, 09:24




“Bir xanəndəni ki, insanlar sevir, onu dinləyirsə, deməli o, çox xoşbəxt adamdı”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Babayev bir vaxt tələbəsi olan Əməkdar artist Ehtiram Hüseynov haqqında danışarkən deyib. Xalq artisti doğum günündə E.Hüseynov haqda öz arzularını dilə gətirib:

“Ehtiram haqqında deyəsi sözümüz çoxdur. O, çox yaxşı muğam ifaçısıdı, insan kimi də yüksək tərbiyəyə malik bir adamdı. Hazırda bizim universitetdə tələbəlikdən sonra müəllim işləyir. Onun gözəl səsi var. Ehtiram beş il tələbəm olub, ondan çox razı qalmışam. Onun bizim universitetdə müəllim işləməyinə çox sevindim. Bir xanəndəni ki, insanlar sevir, onu dinləyirsə, deməli o, çox xoşbəxt adamdı. Ehtirama cansağlığı arzu edirəm. İstəyim odur ki, o, həmişə zirvədə olsun. Onun doğum gününü təbrik edirəm. Həmişə xalqımız üçün çalışsın, musiqimizi təbliğ eləsin. Tələbələrimiz zirvədə olanda biz müəllimlər də sevinirik”.


Paylaş: