Xalq artisti: “Röyanı stolu təmizləyəndə tanıdım”
Tarix: 18-10-2019, 17:57



Əməkdar artist Röya Ayxan “Maşın” realiti şousunda qonaq olub. 
Musavat.com xəbər verir ki, ifaçı şouya oğlu Hüseynlə qatılıb. Şounun aparıcısı, xalq artisti Murad Dadaşov Röya ilə bağlı xatirələrindən danışıb: “Röyanı “Maşın” şouda kəşf etdim. Oteldə oturub tum çırtlayırdıq. Sonda hamı getdi, Röya stolu təmizlədi. O zaman əsl Röyanı tanıdım”. 
O, sənətçinin kirvəlik təklifindən söhbət açıb: “10 il bundan əvvəl mənə telefon zəngi gəldi. Röya idi! Dedi ki, Murad, səhər saatlarında səni narahat edirəm. Mən də cavab verdim ki, səsini eşitməyə şadam, buyur. Söylədi ki, oğlum olub, istəyirəm ki, kirvəsi sən olasan. Məsuliyyətim artdı. Hər gün görüşən kirvə deyiləm. Amma qarşımda istedadlı bir cavan oğlanı görürəm. İnstaqramda maraqlı şeylər paylaşır. Bir az xarici görünüşcə mənə oxşayır”.
Röya isə “Öz kirvəsi kimi ulduz olmaq istəyir”, - deyə bildirib








Paylaş: