İvanka Tramp səhvinə görə lağa qoyuldu
Tarix: 18-10-2019, 17:21




ABŞ prezidentinin qızı və sözçüsü İvanka Tramp İnstagram səhifəsindən Nobel Sülh Mükafatını alan Efiopiya Baş naziri Abiy Ahmed Alini təbrik edərkən səhvə yol verməsi başına bəla oldu.
“Ölkə.Az” xəbər verir ki,  İvanka Tramp Efiopiya baş nazirini təbrik edərkən “Nobel Sülh mükafatı” əvəzinə “ Noble Sülh mükafatı” yazıb və bu digər "İnstgram" istifadəçiləri tərəfindən görülüb. Onu bu səhvinə görə İvanka lağ obyektinə çevrilib.
Sosial media istifadəçiləri “Baş nazir Ahmedi “Noble” mükafatı üçün təbrik etdi", "Bütün Tramplar belə axmaqdır”, “İvanka onu izləməyən birini “Noble” Sülh mükafatı üçün təbrik etdi” kimi ifadələrlə lağ ediblər.




Paylaş: